BƏƏ şahzadəsi: Holokost qəddarlıqdır, lakin fələstinlilərin öldürülməsi özünümüdafiə adlanır?

BƏƏ şahzadəsi: Holokost qəddarlıqdır, lakin fələstinlilərin öldürülməsi özünümüdafiə adlanır?

BƏƏ-nin sionist rejimlə münasibətlərini normallaşdırmasına baxmayaraq, bir BƏƏ şahzadəsi son 25 ildə milyonlarla müsəlmanın ölümü qarşısında hərəkətsizliklə müqayisədə “Holokost”la mübarizə üsulunu tənqid edib.

BƏƏ-nin şahzadələrindən olan “Hind bint Feysəl Əl-Qasimi” Fələstin məsələsi və sionist rejimin Qəzzə zolağına son hücumunu, iddia edilən “Holokost”la mübarizə üsulu ilə müqayisə edərək, tənqid edib.

O, Twitter-də yazıb: Onları kimin idarə etdiyini hamınızın bildiyiniz media sizdən son Qəzza müharibəsində öldürülən uşaqlara zərrə qədər də rəğbət bəsləməməyinizi xahiş edir.

Terrorçu atalarının bu uşaqlardan canlı qalxan kimi istifadə etdikləri iddia edirlər. Buna heç kim inanmamalı və yetkin davranmalıdır…

Bu Əmirlik şahzadəsi başqa bir tvitində davam etdi: İsrail İslami Cihada qarşı hazırlaşmaq üçün Qəzzəni mühasirəyə alır və hesab edir ki, mülki vətəndaşları və uşaqları bombalayıb öldürməkdə tamamilə məqbul və haqlıdır… Amerika bunu özünümüdafiə kimi təsvir edir.

Hind bint Feysəl daha sonra yazırb: İkinci Dünya Müharibəsi günlərində altı milyon yarım yəhudi öldürüldü və bu, bədbəxt hadisə idi və biz bunu filmlərdə, mediada və kitablarda gördük və oxuduq. Bəs siz bilirsinizmi ki, son 25 ildə 12 milyon 500 min müsəlman öldürülüb? Amma siz nə eşitmisiniz, nə oxumusunuz, nə də sizə bu məsələyə rəğbət bəsləmək əmri verilib.

Twitter-də 533 mindən çox izləyicisi olan bu Əmirlik şahzadəsinin tvitləri tez-tez çoxlu rəylər gətirir.

Bununla əlaqədar olaraq, sionist “Tayms” qəzeti cavab olaraq yazıb ki, bu, anti-semitizm istiqamətində yəhudilərə qarşı irəli sürülən ilk ittihamlar deyil.

Hökumətin Qəzzadakı informasiya ofisi bazar ertəsi (dünən) Qəzzə zolağına qarşı üç günlük müharibədə 45 fələstinlinin şəhid olduğunu və 360 nəfərin yaralandığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =