BƏƏ və ÜST Sudana 30 ton humanitar yardım göndərib

BƏƏ və ÜST Sudana 30 ton humanitar yardım göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Sudana ilkin ehtiyaclar, dərmanlar və tibbi avadanlıqlardan ibarət 30 ton humanitar yardım göndərib.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

ÜST-nin fövqəladə hallar proqramının direktoru Maykl Rayanın sözlərinə görə, 444 min dollar dəyərində humanitar yardımla dolu olan təyyarə cümə günü səhər BƏƏ-dən havaya qalxıb.

Bu, ordu ilə silahlı dəstələr arasında münaqişə başlayandan bəri ÜST-nin Sudana çatdırdığı ilk humanitar yardımdır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 9 =