BƏƏ Yəmənin nəhəng qaz yataqlarını ələ keçirmək istəyir

BƏƏ Yəmənin nəhəng qaz yataqlarını ələ keçirmək istəyir

Yəmənli mütəxəssislər BƏƏ-nin Şərqi Yəməndə mayeləşdirilmiş təbii qaz ixracı üçün ixtisaslaşmış “Belhaf” qaz obyektlərini ələ keçirməkdəki məqsədlərini ifşa edib. Bu, son günlərdə getdikcə mübahisəli bir mövzuya çevrilir. Yəmənin şərqindəki Şabva əyalətindəki BƏƏ qüvvələri ilə yerli hakimiyyət orqanları arasındakı gərginlik, bu günlərdə Yəməndə diqqət çəkən hadisələrdən birinə çevrilib.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Belhafdakı qaz ixrac müəssisəsində hərbi varlığı olan BƏƏ, təxliyədən imtina edir, bununla da gərginliyin artması ilə bağlı xəbərdarlıqlar artıb. Bir neçə gün əvvəl Şabva rəhbəri Məhəmməd bin Adiv, xüsusi qaz ixrac limanı və milli strategiya layihəsi olaraq normal işinə qayıda bilməsi üçün hökuməti, BƏƏ qüvvələrini Belhaf obyektlərini boşaltmağa çağırdı. Hərbi mövcudluğun məqsədi, Belhafdakı obyektlərin bağlanması və işlərinin bərpasına mane olmaq idi, onlar belə strategiyanı bir çox liman və mərkəzlərdə tətbiq edir. Yerli səlahiyyətli tərəfin sözlərinə görə, BƏƏ-nin hərəkətlərinin məqsədi, vəziyyəti gərginləşdirməklə, Yəmən xalqına təzyiq etmək, Yəməni bölərək resurslarını və sərvətlərini ələ keçirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =