“Bəbirlər” Avropanı içəridən PARÇALAYIR -“RİDUS”

“Bəbirlər” Avropanı içəridən PARÇALAYIR -“RİDUS”

Publika.az “Ridus”a istinadla xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Cozef Borel Almaniyanı tankların tədarükündə əsas əyləc adlandırıb. Polşanın baş naziri Mateusz Moraviecki isə heç kimin icazəsi olmadan alman tanklarını Ukraynaya köçürmək üçün bir yol tapacağını vəd edib.

Moraviecki almanların davranışını qəbuledilməz adlandırıb və Berlindən “Leopard 2” tankları ilə silahlanmış digər ölkələrin onları Ukraynaya göndərə biləcəyi sualına dəqiq cavab tələb edib.

Berlin “Leopard”ların tədarükü ilə razılaşmasa, Polşa Ukrayna Silahlı Qüvvələri ilə tankları bölüşməyə hazır olan dövlətlərdən ibarət koalisiya yaratmaq niyyətindədir.

“Ukrayna və Avropa bu müharibədə Almaniya ilə və ya Almaniyasız qalib gələcək!” – Polşanın baş naziri PAP agentliyinə müsahibəsində bildirib.

Məsələ burasındadır ki, mövcud beynəlxalq qaydalara görə, silahın başqa ölkəyə verilməsi üçün istehsal edən ölkənin razılığı lazımdır. Və çətin ki, Varşava Polşa ordusu üçün əsas silah tədarükçüsü olan Almaniya ilə münasibətləri tamamilə korlaya bilsin.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 2 =