Bədr Təşkilatının Baş katibi və Hizbullahın İcra Şurasının sədri Şəhid Süleymani haqqında danışırlar
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Bədr Təşkilatının Baş katibi və Hizbullahın İcra Şurasının sədri İnqilab Keşikçiləri Qüds Qüvvələri komandirinin şəhadətinin ildönümü ilə əlaqədar bir televiziya proqramında Qasim Süleymaninin İŞİD-lə mübarizədəki və Hizbullahı dəstəkləməsindəki rolundan bəhs edəcəklər.
Bədr Təşkilatının Baş katibi və Fəth koalisiyası rəhbəri və İraq parlamenti nümayəndəsi Hadi Əl-Amiri İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri Komandiri General Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü ərəfəsində Press TV-də “Üz-üzə” verilişində müsahibə verəcək.
Press TV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu verilişdə İraq İslam Hərəkatı ilə İran İslam İnqilabı arasındakı əlaqələr, Əl-Amirinin Şəhid Süleymani ilə necə tanış olması, Qasim Süleymaninin vəzifəli şəxslərin seçilməsində İraq xalqı ilə əlaqəsi, İran İslam Respublikasının və General Süleymaninin İŞİD-lə mübarizə və Mosulun azad edilməsindəki rolu mövzusunda müzakirə ediləcək və fikir mübadiləsi aparılacaq.
Bədr Təşkilatının Baş Katibi ilə müsahibə 2 yanvar Cümə axşamı, Tehran vaxtı ilə 03: 00-da Press TV-də yayımlanacaq və həmin gün saat 12: 00-da və bazar günü 16: 00-23: 00-da təkrarlanacaq.