Bəhreyn inqilabının mənəvi liderinin 2022-ci il parlament seçkiləri ilə bağlı bəyanatı

Bəhreyn inqilabının mənəvi liderinin 2022-ci il parlament seçkiləri ilə bağlı bəyanatı

Bəhreyn inqilabının mənəvi lideri qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəyanat verib və vurğulayıb ki, əgər bu seçkilər xalqın problemlərini həll etməyəcəksə, o, keçirilməməlidir.

Bəhreyn inqilabının ruhani lideri Ayətullah İsa Qasim qarşıdan gələn parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

Əl-Muqavim saytının məlumatına görə, o, xalqın problemlərinin həlli üçün seçkilərin keçirilməli olduğunu bəyan edib, əks halda xalqı seçkiləridə iştirak etməməyə çağırıb. Hakimiyyətin öz tiranlığını artırmağa çalışdığı seçkilərdə iştirak baş verməməlidir.

Mayın 25-də yayılan bəyanatın mətnində deyilir: “Xalqların hökumətlər qarşısında öz siyasi və digər hüquqlarından məhrum edilməsi hər iki tərəfdə fəsada səbəb olan böyük cinayətdir. Mübahisəyə yer olmayan düzgün baxış ya xalqın problemlərinin həll olunduğu seçkilərin keçirilməsi, ya da hakimiyyətin zülm və istibdadını artırmaq istəyən seçkilərdə xalqın iştirak etməməsidir.

Amma pul və vəzifə ardınca olan kəslər haqq sözü dinləmək istəmir və onlar xalqların problem və iztirablarından da narahat deyillər.”

Seçkilərdən söz düşməsi xalqın bu yolda işgəncələrə məruz qalan, şəhid olub canından keçən kəslərin hüquqlarını daha yaxşı xatırlamasına səbəb olur və insanların öz din və ləyaqətilə bağlı qeyrəti onların azadlıq və ləyaqət hüququna sadiqliyini gücləndirir.”

Bəhreyn inqilabının ruhani lideri daha sonra hər kəsi ayıq-sayıq olmağa çağırıb və hökumətlərin seçki fürsətindən “demokratiya” adı altında xalqı aldatmaq və istismar etmək və diktatura qurmaq üçün fürsət kimi istifadə etməsinə təəccübləndiyini bildirib.

Bəhreyndə parlament seçkiləri oktyabrı ayına təyin edilib, lakin 2011-ci ilin əvvəlində xalq etirazlarının başlamasından bu yana ölkədə islahatların aparılması və inqilabçıların tələblərinə cavab verilməsi üçün heç bir perspektivli addımların atılmadığı görünür. Müxalifət partiyalarının çoxunun Ali-Xəlifə rejiminin seçkilərini boykot etməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =