Bəhreyn İsrail rejimini təbrik etdi

Bəhreyn İsrail rejimini təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreynin vəliəhdi Salman bin Həmd Ali-Xəlifə baş nazir Naftali Bennett və xarici işlər naziri Yair Lapidi yeni İsrail kabinetinin formalaşması münasibətilə təbrik edib.

Russia Today-in verdiyi məlumata görə, Salman bin Həmd Ali-Xəlifə Bennett və Lapidin başçılıq edəcəyi yeni kabinet və Sionist rejim koalisiyasının qurulmasını təbrik edib.

Bəhreynin vəliəhdi bu təbrik mesajında ​​işğalçı rejimin yeni kabinetinin öz missiyasını yerinə yetirməsində uğur qazanacağına ümid etdiyini, bu uğurun bölgədə və dünyada tərəqqinin, sabitliyin və sülhün əsaslarını gücləndirəcəyini iddia edib.

Bazar günü İsrail Knesseti Naftali Bennettin başçılığı ilə “Dəyişiklik hökuməti” adlanan yeni kabineti səs çoxluğu ilə qəbul edib. Bununla Knesset üzvləri, Netanyahunun 12 illik hakimiyyətini 60 səslə sona yetirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =