Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salmanın Ali-Xəlifə həbsxanasından mesajı

Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salmanın Ali-Xəlifə həbsxanasından mesajı

Bəhreynin müxalifət lideri həbsinin 8-ci ildönümü münasibətilə Ali-Xəlifə həbsxanasından mesaj yayıb.

Bəhreyn müxalifətinin lideri Şeyx Əli Salman özünün kamil sağlamlıq vəziyyətində olduğuna işarə edərək, Uca Allahdan yaxşılığa əmr edib, pislikdən çəkindirməkdə, ölkə və xalqa xidmət etməkdə kömək istəyib.

Şeyx Əli Salman əlavə edib ki, real islahatlar hər bir ölkənin hər an ehtiyacıdır, dünənin, bu günün və sabahın ehtiyacıdır, islahatları davam etdirmədən vəziyyət daha da pisləşəcək.

O, davam edib: İslahatlar ilk növbədə hakimiyyətdə olanların üzərinə düşür və hakimiyyətdən kənarda olanlar bu islahatı davamlı olaraq ürfi baxımından məlum və qanuni kanallar və üsullarla tələb etməlidirlər.

Şeyx Əli Salman ciddi dialoqun və real islahatların olmamasının ölkələrdə böyük böhranların baş verməsinin əsas səbəblərindən biri olduğuna diqqət çəkib və bildirib ki, Bəhreyn də bu məntiqi qaydadan istisna deyil.

O qeyd edib ki, biz həmişə dialoqa can atmışıq, çünki bu, mübahisələrin yeganə həll yoludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =