Bəhreyn nümayəndəsi: “İsrail” əvəzinə “sionist qəsbkar rejim” ifadəsi işlədilməlidir

Bəhreyn nümayəndəsi: “İsrail” əvəzinə “sionist qəsbkar rejim” ifadəsi işlədilməlidir

Bəhreyn parlamentarilərindən biri saxta “İsrail” sözünü işlətməkdən imtina edərək, bu rejimin “sionist qəsbkar rejim” adlandırılmasının lazım olduğunu vurğulayıb.

Bəhreyn Ali-Xəlifə rejimi 2020-ci ildən sionist müvəqqəti rejimlə münasibətlərini normallaşdırsa da, bu ölkənin parlamentinin nümayəndələrindən Məmduh Əl-Saleh saxta “İsrail” sözünü işlətməkdən imtina edib.

 “Rəy Əl-Yəvm” qəzeti yazır ki, Əs-Saleh bu ifadəni işlətmək əvəzinə, bu rejimi “sionist qəsbkar rejim” adlandırmaq lazım olduğunu vurğulayıb.

Bəhreyn parlamentinin sədri Əhməd ibn Salman Əl-Müslim isə bu açıqlamanı rədd edib.

Əl-Muslim bəyan edib ki, “sionist rejim” sözünün üstündən xətt çəkmək lazımdır, lakin Bəhreynin digər nümayəndəsi “Zeynəb Əbdüləmir” məsələyə müdaxilə edərək parlamentin iclasında “qəsbkar rejim” sözünü çıxarmayıb.

Eyni zamanda bu nümayəndə tənqid edib ki, niyə Bəhreyn Hava Yolları sionist rejimə birbaşa uçuşlar həyata keçirsin, amma İraq kimi qonşu ölkələrə birbaşa uçuşlar olmasın. O bildirib ki, bu rejimlə səyahət etmək heç bir gəlir gətirmir.

Əs-Saleh həmçinin vurğulayıb ki, Bəhreyn xalqından heç kim bu hava yolu ilə bu qəsbkar rejimə getməyəcək.

Virtual məkanın fəalları bu iki təmsilçinin hərəkətini və onların mövqelərini alqışlayaraq, Bəhreyn xalqının da mövqeyinin eyni olduğunu vurğulayıblar. Çünki bu ölkənin xalqı dəfələrlə İsrail rəsmilərinin Manamaya səfərinə etirazlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =