Bəhreyn şiələrinin lideri ərəb ölkələrini sərt tənqid etdi
Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasim ərəb rejimləri ilə İsrail rejimi arasındakı münasibətlərin normallaşmasına dair bir açıqlama yayaraq, bu rejimlərin alçaldılmasının xain razılaşmanın imzalanmasından bir müddət sonra ortaya çıxdığını vurğulayıb.
Şeyx İsa Qasim açıqlamasında bildirib ki, İsrail rejimi ilə münasibətlərin normallaşmasının təhlükəli və fəlakətli nəticələrə səbəb olacağı əvvəldən bəlli idi:
“İsrail rejimi ilə münasibətlərin normallaşdırılmasından qısa müddət sonra ərəb ölkələrinin alçaldılmasını müşahidə etdik. Onlar İsraillə müqavilə imzalamaqla öz millətlərindən imtina etdilər, talelərini ABŞ və sionizmin iradəsinə buraxdılar”.
Qeyd edək ki, sentyabr ayında BƏƏ və Bəhreyn diplomatik əlaqələr qurmaq üçün İsrail rejimi ilə kompromis müqaviləsi imzalayıb.