Bəhreyn xalqı İsrail rejimi ilə sazişə etiraz etdi

Bəhreyn xalqı İsrail rejimi ilə sazişə etiraz etdi

Bəhreyndə bir çox insan təzyiqlərə baxmayaraq, İsrail rejimi ilə imzalanan razılaşmaya etiraz edib.

Deyerler.org xəbər verir ki, Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti Tvitter üzərindən münasibətlərin normallaşması müqaviləsinə cavab olaraq, gecə nümayiş keçirən Bəhreyn xalqının görüntülərini paylaşıb.

Görüntülərdə onlarla insanın İsrail rejimi ilə razılaşmanın imzalanmasını pisləyən plakatlar daşıdığı görünür.

Görüntülərin altında isə bunlar yazılıb: “Bəhreyn xalqı təzyiq, ölümə və həbslərə baxmayaraq razılaşmanın xəyanət olduğunu fəryad çəkir”.

Bəhreynin LuaLua TV kanalı da onlarla insanın İsrail rejimi bayraqlarını tapdaladığı anın görüntüsünü paylaşıb.

Görüntülərdə İsrail rejiminin bayrağını tapdalayan və razılaşmanı pisləyən lövhələr daşıyan onlarla insan görünür.

https://youtube.com/watch?v=YiDP3Roncg0
https://youtube.com/watch?v=ZbUP2T6ttkQ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 13 =