Bəhreyndə Məscidül-Əqsaya dəstək və kompromislərin ləğv olunması üçün nümayişlər keçirilib

Bəhreyndə Məscidül-Əqsaya dəstək və kompromislərin ləğv olunması üçün nümayişlər keçirilib

Bəhreyn vətəndaşları Əl-Əqsa məscidində Fələstin xalqına və etikafda olanlara dəstək məqsədilə dinc nümayiş keçirib.

Bəhreyn vətəndaşları cümə günü gecə (dünən gecə) Manamanın şimalında nümayiş keçirərək, Fələstin xalqına və Məscidül-Əqsada etikafda olan insanlara dəstək olduqlarını bəyan etmiş və sionist ordunun bu müqəddəs məscidə hücumunu pisləmişlər.

“Bahrain Mirror” saytının məlumatına görə, bəhreynli nümayişçilər Fələstin xalqına dəstək şüarları səsləndirib və sionist rejimlə güzəştə gedənlərdən uzaq olduqlarını bildiriblər.

Bəhreynli nümayişçilər həmçinin sionist rejim ilə Ali-Xəlifə rejimi arasında kompromis əldə olunmasını tənqid edən şüarlar səsləndiriblər.

Sionist hərbçilərin cümə günü (dünən) Məscidül-Əqsaya və fələstinli ibadətçilərə hücumu, azı 230 nəfərin yaralanması və 500-ə yaxın insanın həbs edilməsi ilə mübarək Ramazan ayında sionistlərin fələstinlilərə qarşı təcavüzü daha da güclənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − five =