Bəhreyndə qiyamın 10-cu il dönümündə aksiyalar keçirildi

Bəhreyndə qiyamın 10-cu il dönümündə aksiyalar keçirildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Bəhreynin müxtəlif bölgələrində insanlar geniş təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə baxmayaraq hökumət əleyhinə nümayişlər təşkil ediblər.

Sosial media istifadəçiləri, Bəhreynin müxtəlif bölgələrində vətəndaşların əllərində hakim rejimin əleyhinə plakatlar tutduqları bir neçə nümayişin fotolarını yayımlamışlar. Etirazçılalar tələbləri yerinə yetirilənə qədər etirazların davam edəcəyini vurğulayıblar.

AFP-nin verdiyi məlumata görə, çevik polis alayı bu gün də Bəhreynin müxtəlif məhəllələrində geniş şəkildə yerləşməkdədirlər.

Şənbə axşamı da, bəhreynli etirazçılar paytaxt Manama yaxınlığındakı məhəllələrdə və Bəhreynin şimal və qərbində nümayiş keçiriblər.

Bəhreyn vətəndaşlarının idarəetmə sistemində islahatlara çağırışları ilə başlanan yeni etiraz dalğaları 2011-ci ilin fevralındakı qiyamın başlamasının on illiyinə təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =