Bəhreyndə Tel-Əvivlə razılaşmaya qarşı nümayişlər keçirildi
Dünən (18 oktyabr) axşam Bəhreyn xalqı ölkənin müxtəlif bölgələrində ABŞ-İsrail rejimi heyətinin Manama-Təl-Əviv əlaqələrini rəsmi olaraq elan etmək üçün ölkələrinə ediləcək səfərinə etiraz ediblər.
Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, insanlar Bəhreynin müxtəlif şəhər və kəndlərində küçələrə axışaraq, Ali Xəlifə rejiminin işğalçı sionist rejimlə normallaşmasının əleyhinə olduqlarını bildiriblər.
Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq cəmiyyəti də BMT-ni razılaşma barədə fikirlərini bildirməyə dəvət edib və bildirib ki, əgər repressiya olmasaydı, bəhreynlilərin 95%-i razılaşmanın əleyhinə çıxacaqdı.