Bəhreyndə yəhudilərə dini ayinlərin keçirilməsində icazə verilir, şiələr isə xeyr

Bəhreyndə yəhudilərə dini ayinlərin keçirilməsində icazə verilir, şiələr isə xeyr

Bəhreynli siyasi fəal və analitik Ali-Xəlifənin bir dam və iki hava siyasətinə işarə edərək vurğulayıb ki, bu rejim yəhudilərə dini ayinləri yerinə yetirməyə icazə verir, lakin şiələrin əksəriyyəti dini mərasimləri keçirmək, o cümlədən, İmam Hüseynə (ə) əzadarlıq etmək üçün təzyiq və məhdudiyyətlər altındadırlar.

Bəhreynli yazar və siyasi analitik İbrahim Əl-Mədhun bu gün (14 sentyabr, çərşənbə) Ali-Xəlifə səlahiyyətlilərinin şiə vətəndaşlarına dini ayinləri yerinə yetirmələri üçün qadağaları davam etdirdiyini, digər məzhəblərin və dinlərin, yəhudilərin və buddistlərin isə heç bir məhdudiyyət olmadan öz dini ayinlərini yerinə yetirmək azadlığına malik olduğunu açıqlayıb.

Bu bəhreynli siyasi fəal “Əl-Məlumə” internet saytına müsahibəsində deyib: Ali-Xəlifərejimi şiələr üçün müqəddəs mərasimlər olan imam Hüseynin (ə) Aşura və Ərbəin mərasimlərinin keçirilməsinə mane olur və şiələr üçün məhdudiyyətlər yaradır. Bu hərəkət Ali-Xəlifə rejiminin Bəhreyn şiələrinə qarşı irqçi siyasətinin bir hissəsidir.

Əl-Mədhun deyib: Bəhreyn şiələrinə qarşı təqib siyasəti onilliklərdir Bəhreyn hökuməti tərəfindən həyata keçirilir. Ali-Xəlifərejimi şiələrə qarşı zülmün ən pis formalarını tətbiq edir və insan haqlarını açıq şəkildə pozaraq onları təzyiqi altında saxlayır.

Bəhreyndə “Əl-Əməl” İslami Cəmiyyətinin üzvü Əhməd Əs-Saleh daha əvvəl Ali-Xəlifə rejiminin şiə vətəndaşlara qarşı ayrı-seçkilik davranışını və onların imam Hüseynin (ə) Ərbəin mərasimi üçün ziyarətgahlara getməsinə mane olmasını tənqid etmişdi.

Bəhreyn hökuməti uzun müddətdir ki, bu ölkədə dini mərasimləri və əzadarlıq mərasimlərini qadağan edir və məhdudlaşdırır. Halbuki, Bəhreyn əhalisinin əksəriyyəti isə şiələrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 3 =