Bəhreyni : İsrail rejiminin mülki əhaliyə və Fələstin ərazilərinə qarşı hərəkətləri terrorizmin bariz nümunəsidir

Bəhreyni : İsrail rejiminin mülki əhaliyə və Fələstin ərazilərinə qarşı hərəkətləri terrorizmin bariz nümunəsidir

İran İslam Respublikasının BMT-nin İsveçrənin Cenevrə şəhərindəki mənzil-qərargahındakı səfiri BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçiyə və mühakiməsiz edamlar üzrə xüsusi məruzəçiyə etiraz məktubunda İranın sionist rejimin qeyri-insani hərəkətləri ilə bağlı, xüsusilə Şəhid Haniyənin terror edilməsinə kəskin etirazını açıqlayıb.

İran İslam Respublikasının BMT-nin Cenevrədəki mənzil-qərargahında səfiri və daimi nümayəndəsi Əli Bəhreyni BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə və mühakiməsiz və ya özbaşına edamlar üzrə xüsusi məruzəçi Maurice Tidball Binzoya və Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Francesca Albaneseyə üç ayrı məktub göndərərək, 12 avqust 2024-cü ildə İran İslam Respublikası sionist rejimin qeyri-insani hərəkətləri və siyasətlərinə, xüsusən də Fələstinin siyasi lideri İsmayıl Həniyənin terror edilməsinə öz kəskin etirazını bildirdi.
Bəhreyni məktublarında açıq şəkildə qeyd edib ki, İran İslam Respublikası baxımından HƏMAS Fələstinin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan azadlıqsevər bir təşkilatdır. Bu baxımdan, HƏMAS liderlərinin terror edilməsi Fələstin xalqının işğala son qoymaq və öz müqəddəratını təyinetmə hüququna nail olmaq uğrunda mübarizə ruhunu məhv etmək məqsədi daşıyır.
O vurğulayıb ki, İsrail Fələstin liderlərini sıradan çıxarmaqla Fələstinin siyasi kimliyini və Fələstin xalqının müstəqil dövlətə malik olmaq hüququnu məhv etməyə çalışır.
Ölkəmizin Cenevrədəki səfiri izah edib ki, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üzrə beynəlxalq konvensiyanın 2.1-ci maddəsinə əsasən, sionist rejimin orqanları terrorçu kimi müəyyən edilməlidir. Buna əsaslanaraq, İsrail rejiminin dinc əhaliyə və Fələstin ərazilərinə qarşı həyata keçirdiyi tədbirlər terrorizmin bariz nümunəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =