Bəhreynli siyasi məhbusun atası: Ali-Xəlifə səlahiyyətliləri oğlumla əlaqə saxlamağa icazə vermir-Video

Bəhreynli siyasi məhbusun atası: Ali-Xəlifə səlahiyyətliləri oğlumla əlaqə saxlamağa icazə vermir-Video

Bəhreynli fəal və siyasi məhbus Əlihüseyn Məhnanın atası Əlimöhsin Məhna Ali-Xəlifə həbsxanalarının səlahiyyətlilərinin onun oğlu ilə görüşü üçün təxmini tarixin müəyyənləşdirilməsinə qarşı çıxdıqlarını deyib.

Əli Məhna Bəhreynin paytaxtı Manamadakı məhkəmə mərkəzini tərk etdikdən sonra, yayımladığı bir videoda bildirib: “Oğlumun vəziyyətindən narahat olduğumuz üçün dərhal əlaqə saxlamalarını və oğluma edilən şifahi və fiziki zorakılıqları araşdırmalarını xahiş etdim. Onlar da mənə söz verdilər ki, Co həbsxanasının rəhbərliyindən bu məsələni yenidən araşdırmağı xahiş edəcəklər.

Hüseynin atası bir daha oğlunun və digər siyasi məhbusların Ali-Xəlifə rejiminin həbsxanalarından azad edilməsini tələb edib.

Ötən illər ərzində Ali-Xəlifə rejiminin səlahiyyətliləri Məhnanı, xüsusilə Bəhreyn həbsxanalarında Korona virusunun yayılmasından sonra, siyasi məhbusların azad edilməsi tələbi ilə çıxış etməsinə görə dəfələrlə çağırıb və həbs edib.

Hüseyn Məhna Bəhreyndə dəyişiklik tələbi ilə keçirilən etiraz aksiyalarında iştirak etməsi səbəbi ilə Co Mərkəzi Həbsxanasında ömürlük həbs cəzası çəkir.

Fars körfəzində yerləşən kiçik Bəhreyn ölkəsində 2011-ci il fevralın 14-də vətəndaş tələblərinin yerinə yetirilməsi və siyasi islahatların həyata keçirilməsi məqsədilə başlayan etiraz aksiyaları Ali-Xəlifənin şiddətli repressiyaları və özbaşına həbsləri səbəbindən istənilən nəticəni əldə edə bilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =