Bəhreynlilər 14 Fevral inqilabının ildönümü ilə bağlı nümayiş keçirib və Tel-Əvivlə uzlaşmanı pisləyib

Bəhreynlilər 14 Fevral inqilabının ildönümü ilə bağlı nümayiş keçirib və Tel-Əvivlə uzlaşmanı pisləyib

Bəhreyn xalqı bu ölkənin 14 fevral inqilabının ildönümü ilə bağlı nümayişlər keçirib və tələbləri reallaşana qədər xalq hərəkatlarının davam etdiriləcəyini vurğulayıb.

Bəhreyn inqilabın 14-cü ildönümü ilə eyni vaxtda xalq nümayişlərinin şahidi olub.

Bazar ertəsi gecəsi (dünən gecə) nümayişçilər əllərində şəhidlərin və siyasi məhbusların şəkillərini tutaraq, siyasi məhbusların dərhal azad edilməsi tələbi ilə şüarlar səsləndiriblər.

“Mirror of Bahreyn” internet saytının məlumatına görə, yüzlərlə bəhreynli bu ölkənin şiə lideri Ayətullah “Şeyx İsa Qasimin” çağırışı ilə ölkənin müxtəlif bölgələrində nümayiş keçirərək xalq hərəkatlarının davam etdiyini bəyan ediblər.

Nümayişçilər, həmçinin, hökumətin sionist rejimlə uzlaşma siyasətini pisləyib və Fələstin məsələsinə sadiqliyini vurğulayıblar.

Ayətullah Şeyx İsa Qasim 14 Fevral İnqilabının ildönümü münasibətilə etdiyi çıxışında vurğulayıb ki, inqilab və xalq hərəkatları hələ də ayaqdadır və onun dayandırılması qadağandır və tələblər davam etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =