Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi

Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi

Bəhreynlilər dünən (15 yanvar) paytaxt Manamada sionist rejimlə münasibətlərin normallaşmasına və sionist rejimin Bəhreyndə səfirliyi üçün müvəqqəti işlər vəkili təyin etməsinə etiraz olaraq nümayiş keçirib.

Deyerler.org xəbər verir ki, bəhreynli fəallar İsrail rejiminin Manamadakı səfirliyinin təyin olunmasına etiraz olaraq əllərində plakatlar tutan nümayişçilərin şəkillərini Tvitter üzərindən paylaşıbar.

Nümayişçilər sionist rejimin bayraqlarını yandırıblar və onlara Bəhreyndə təhlükəsizlikdə olmayacaqları barədə xəbərdarlıq ediblər.

Bəhreyndə ən böyük müxalifət təşkilatı olan Əl-Vifaq cəmiyyəti də Tvitter səhifəsində nümayişin şəkillərini paylaşıb.

Bəhreyn rejiminin Daxili İşlər Nazirliyi isə, qəribə açıqlama ilə belə nümayişlərin ümumiyyətlə keçirilmədiyini və sosial şəbəkədə yayımlanan görüntülərdən və videolardan asılı olmayaraq, yalnız Qətərin Əl-Cəzirə şəbəkəsində yerləşdirilən videoya reaksiya verdiyini və bunun doğruluğunu şübhə altına aldığını söyləyib.

İsrail rejimini Xarici İşlər Nazirliyi yanvarın 14-ü sionist rejimin Bəhreyndəki müvəqqəti işlər vəkili vəzifəsinə Etai Taqnerin təyin edildiyini elan etmişdi.

İsrail rejiminin Xarici İşlər Nazirliyi Tvitterdəki ərəbcə səhifəsində bildirmişdi ki, Bəhreyn rejiminin xarici işlər nazirinin müavini Abdullah bin Əhməd Əl-Xəlifə artıq Taqnerlə görüşüb.

Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi
Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi
Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi
Bəhreynlilər İsrail rejiminin səfir təyin etməsinə etiraz etdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 5 =