Bəlanın insana müsbət təsirləri varmı?
Bəla zahirdə hər nə qədər xoşagəlməz görünsə də, ancaq ardınca insan üçün yaxşı nəticələr gətirə bilir. Bu faydalar və nəticələr ilə tanış olaq.
1. İnsanların qəlbində olan təkəbbürü xaric edir. Bəlanın faydalarından biri budur ki, insan qəlbində olan təkəbbürü xaric edər. İnsan ömrü boyu cismi və ruhi hisslərinin davasının şahidi olur. Bəla insana nə qədər zəlil və aciz olduğunu nişan verər və bu davada ona yardım edər. Ruhi hisslərinin qalib gəlməsinə kömək edər.
2. Bəla təzəkkür verər. İnsan bir müsafirə bənzəyir ki, daima hərəkətdədir. Əgər bu yolda həmişə rifah içində olsa, o zaman qəflətə düşər. Əsil hədəfindən uzaqlaşar. Ona görə də Allah bəzən insana bəla göndərərək, bu qəflətdən ayıldar və ona təzəkkür verər. “Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər”. (“Əraf” 130).
3. Axirət mükafatı. Allah heç kəsə zülm etməz. Allah insana bəla nazil edərsə, onun əvəzini axirətdə ona qaytarar. Əgər bəndə bu müsibətə səbir edirsə, Allah həmin səbrinə görə ona savablar əta edər.
İmam Sadiq (ə) buyurur: “Əgər mömin şəxs bilsəydi ki, müsibətlər qarşısında müqavimət göstərmək nə qədər əcr və savaba malikdir – arzu edərdi ki, bədənini qayçı ilə tikə-tikə etsinlər”.
4. Təkamülə səbəb olar. Bəla insanı təkamülə çatdırar. Belə ki, gizli istedadlarını üzə çıxardar və insanın imanını artırar. Əgər insan həmişə rifah içində olsaydı, bu istedadları gizli qalardı və üzə çıxmazdı. İmam Əli (ə) buyurur: “Səhra ağacları daha möhkəm və davamlı çubuqlara malikdir. Bağın ağacları isə nazik qabıqlı və davamsızdırlar”. (Həvzəh)
5. Sabirlər tanınar. “Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbirlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq”. (“Muhəmməd (s)” 31).
Uca Allah cəmi bəndələrinə lütf nəzərini yetirsin!
/Deyerler.org/