Bəndərabbas Limanı rəsmən Xəzər Dənizinə qovuşdu

Bəndərabbas Limanı rəsmən Xəzər Dənizinə qovuşdu

2006-cı ildə başlanan Rəşt-Kaspiyan dəmir yolu layihəsi İran prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Müxbir və Rusiya prezidentinin xüsusi köməkçisinin iştirakı ilə bu gün istifadəyə verilib.

Şimal-Cənub dəhlizinin əlavə əlaqəsi kimi tanınan Rəşt-Kaspiyan dəmir yolu xəttinin açılışı mərasimində Azərbaycan baş nazirinin müavini də iştirak edib.

Uzunluğu 37 km olan bu dəmir yolu xətti Gilan vilayətinin mərkəzi Rəşt şəhərini Ənzəli şəhərindəki Xəzər limanı ilə birləşdirir.

Bu dəmir yolu layihəsi ölkənin cənub limanları ilə Gilan vilayətinin şimal limanları arasında dəmir yolu əlaqəsini yaradan və region üçün İran vasitəsilə qarışılıqlı yük mübadiləsi imkanlarını təmin edən dənizdən dənizə dəmir yolu dəhlizinin sonuncu hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − three =