Bəqai: ABŞ hökumətinin iranlı mühacirlərə münasibəti əsassız və qeyri-insanidir

Bəqai: ABŞ hökumətinin iranlı mühacirlərə münasibəti əsassız və qeyri-insanidir

Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ hökumətinin mühacirlərə, o cümlədən bəzi İran vətəndaşlarına qarşı aşağılayıcı rəftarını əsassız və insan haqları standartlarına zidd olduğunu deyib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İsmail Bəqayi bu gün (15 fevral) səhər saatlarında mühacirlərlə rəftarla bağlı beynəlxalq normalara riayət edilməsinin vacibliyinə toxunaraq deyib: ABŞ-dan qovulmuş həmvətənlərə hər hansı yardım üçün Vaşinqtondakı İranın Maraqların Müdafiəsi İdarəsinə və İranın Cənubi Amerikadakı digər diplomatik və konsulluq nümayəndəliklərinə müvafiq göstərişlər verilib.

Bəqai əlavə edib: İran bütün iranlıların vətənidir və soydaşlarımız sərbəst şəkildə öz vətənlərinə qayıda bilərlər. Xarici İşlər Nazirliyi bu məsələni asanlaşdırmağa və bununla bağlı hər hansı problemin həllinə kömək etməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =