Bəqai: Cəbaliya düşərgəsindəki qətliam müharibə cinayətidir

Bəqai: Cəbaliya düşərgəsindəki qətliam müharibə cinayətidir

Xarici İşlər Nazirliyinin mətbuat katibi bazar ertəsi günü Cəbaliya düşərgəsində insanların qətliam edilməsini sionist rejimin hərbi cinayəti hesab edib.

İsmayıl Bəqai bazar ertəsi gecə X sosial şəbəkəsində yazıb: “İşğalçı rejimin bazar ertəsi səhər saatlarında Cəbaliya düşərgəsində yemək növbəsinə duran ac və günahsız insanların öldürülməsi ilə nəticələnən yeni cinayəti İsrail rejiminin vəhşiliyinin növbəti nümayişidir.”

“Bu qətl şübhəsiz ki, müharibə cinayətidir, amma bu cinayətin özü Qəzzədə 12 aydır davam edən soyqırımın bir hissəsi hesab olunur. Rejimin cəzasız qalmasına zəmanət vermiş işğalçı rejimin tərəfdarları və haqq qazandıranları bu rejimin şəriki kimi cavab verməlidirlər”, XİN sözçüsü əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =