Bəqai: İngiltərə xarici işlər nazirinin Qəzzada soyqırımı inkar edən bəyanatları insanlıqdan uzaqdır
İran XİN sözçüsü İngiltərə xarici işlər nazirinin Qəzzada soyqırımı inkar edən bəyanatını son dərəcə dəhşətli və qeyri-insani hesab edib.
Əl Aləm telekanalının məlumatına əsasən, İsmayil Bəqai bu gün gecə (17 noyabr) X sosial media hesabında yazıb: İngiltərənin XİN başçısının Qəzzədə soyqırımı inkar edən bəyanatı ölkəsinin soyqırımçı rejimə silah və siyasi dəstək göndərməkdə davam edən siyasətinə uyğun olduğu üçün onları İsrailin cinayətlərinin şərikinə çevirib.
Bəqainin sözlərinə görə bu mövqe soyqırımdan məmnunluğun ifadəsidir. Bu, son dərəcə dəhşətli və son dərəcə qeyri-insanidir və bu dəfə fələstinlilərə qarşı sistematik irqi ayrı-seçkilik və Avropada islamofobiya şəklində özünü göstərən dərin köklü müstəmləkəçilik zehniyyətini xatırladır.
Bəqai həmçinin qeyd edib: Soyqırımın Qadağan edilməsi Konvensiyasına uyğun olaraq beynəlxalq hüquqi öhdəliklərin pozulması ilə beynəlxalq məsuliyyət daşımasına səbəb olub.