Bəqai: İşğalçı rejimin Suriyaya hücumda məqsədi müstəqil bir ölkəni məhv etməkdir

Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Suriyaya hərbi hücumlarını pisləyərək vurğulayıb: “İşğalçı rejimin əsas məqsədi müstəqil dövlət kimi Suriyanın müdafiə, iqtisadi və infrastruktur imkanlarını məhv etmək və dağıtmaqdır. Bununla da, Suriyada və regionda öz bədxah ambisiyalarını həyata keçirmək, eyni zamanda, işğal olunmuş Fələstində soyqırımı, Livandakı təcavüz və işğalı davam etdirmək istəyir.”
Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sionist rejimin Suriyanın müxtəlif bölgələrinə hərbi hücumları, Dəməşq, Laziqiyyə, İdlib, Həma, Quneytərə və Dərada mülki obyektlərin və ölkənin müdafiə qabiliyyətinin bombalanaraq məhv edilməsini şiddətlə pisləyib.
XİN-in sözçüsü sionist rejimin təkrar olunan təcavüzü, Suriyada strateji varlıqlar, hərbi və mülki infrastruktur obyektlərinin hədəfə alınması və sionist rejim tərəfindən ölkənin bəzi hissələrinin işğalının davam etməsinə toxunaraq vurğulayıb: “Bu gün hər kəsə aydındır ki, işğalçı rejimin əsas məqsədi müstəqil ölkə kimi Suriyanın müdafiə, iqtisadi, infrastruktur imkanlarını məhv etmək və dağıtmaqdır və bununla Suriyada və regionda öz bədxah ambisiyalarını həyata keçirmək, eyni zamanda, işğal olunmuş Fələstində soyqırımı, Livandakı təcavüz və işğalı davam etdirmək istəyir.”
Bəqai, İran İslam Respublikasının Qərbi Asiyanın mühüm regionunun təhlükəsizliyinə və sabitliyinə töhfə verən müstəqil ölkə və sivil xalq kimi Suriyanın ərazi bütövlüyü, ləyaqəti və milli suverenliyinin qorunub saxlanılması və qorunmasının zəruriliyi ilə bağlı prinsipial və sabit mövqeyini xatırladaraq, bir daha Suriyada sui-istifadəyə və sionist rejimin bu ölkədəki işğalçılıq hərəkətinə şərait yaradaraq mövcud vəziyyətin formalaşmasında iştirak edən bütün tərəflərin məsuliyyətini qeyd edərək deyib: “Sionist rejimin Suriyaya qarşı müharibə və təcavüzkarlığının dayandırılması beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin təcili və təsirli addımlarını tələb edir. Ona görə də, İslam Əməkdaşlıq Təşkilatının BMT Təhlükəsizlik Şurasını sionist rejimin qanunu və sülhü pozması ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə məcbur etmək üçün mövcud mexanizmlərdən istifadə etməsi vacibdir.”