Bərdədə DƏHŞƏT:yataq xəstəsi evdə yandı

Bərdədə DƏHŞƏT:yataq xəstəsi evdə yandı

Bərdədə evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 342 m² (hər mərtəbəsi 171 m²) olan ikimərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin yanar konstruksiyaları 164 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan taxta konstruksiyadan ibarət talvar yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 59 yaşlı Nərimanov İlqar Yunis oğlunun (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =