Bərdədə kafedə nişan məclisi təşkil edənlər aşkarlanıb

Bərdədə kafedə nişan məclisi təşkil edənlər aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon sakini Eynulla Quluyevin şəhər ərazisindəki kafelərin birində qonaqların iştirakı ilə öz övladına nişan məclisi təşkil etdiyi müəyyən edilib.

E.Quluyev və iştirakçılardan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, digər iştirakçılara isə xəbərdarlıq edilib.

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =