Bəşər Əsəd Ərdoğanla görüşməkdən imtina etdi

Bəşər Əsəd Ərdoğanla görüşməkdən imtina etdi

Suriya prezidenti Bəşər Əsəd “Sky News Arabia” telekanalına müsahibəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla sonuncunun şərtləri əsasında görüşməyəcəyini bildirib.

“Görüş Ərdoğanın şərtləri ilə baş tuta bilməz”, – Lent.az bildirir ki, Əsəd deyib.

İyulun 9-da Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib ki, Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin iştirakı ilə bu istiqamətdə işlər başa çatdıqdan sonra görüşə bilərlər. 

Bundan əvvəl Rusiya, İran, Suriya və Türkiyənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Dəməşq və Ankara münasibətləri məsələsi ilə bağlı növbəti görüş keçirəcəyi bildirilirdi.

İyunun 20-də Astanada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına dair dördtərəfli görüş keçirilib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, görüş iştirakçıları Suriya-Türkiyə dövlətlərarası münasibətlərinin bərpası üçün “yol xəritəsi”nin elementlərini müzakirə etməyə başlayıblar.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =