Bəşər Əsəd Ayətullah Rəisi ilə telefonda danışdı

Bəşər Əsəd Ayətullah Rəisi ilə telefonda danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi axşamı Suriya Prezidenti Bəşər Əsəd telefon danışığında Ayətullah Seyyid İbrahim Rəisini yenidən İran prezidenti seçilməsi münasibətilə təbrik edərək deyib: “İran təhlükəsizliyi sabitləşdirmək və həmişəki inkişafı qorumaq üçün Suriya hökumətinə və xalqına dəstək verməkdə tərəddüd etmir. “

Fələstin məsələsinin müsəlmanların birliyinin və müstəqil millətlərin inteqrasiyasının səbəbi olduğunu söyləyən Rəisi isə deyib: “Suriyadakı terror istilasının zirvəsində belə ölkənizin Fələstin xalqını dəstəkləməkdən çəkinməməsi sizin uzaqgörənliyiniz idi.”

O, belə əlavə edib: “Yeni hökumət Suriyanın yenidən qurulmasında fəal, geniş və təsirli bir şəkildə iştirak etməyi planlaşdırır.”

Suriya prezidenti həmçinin bu telefon danışığında İranın yeni hökumətinin işə başlaması ilə iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − four =