Bəşər Əsəd bu gün Səudiyyə Ərəbistanına gedir

Bəşər Əsəd bu gün Səudiyyə Ərəbistanına gedir

Suriya Prezidentinin ofisi Bəşər Əsədin bu gün Dəməşqi tərk edərək Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedəcəyini açıqlayıb.

Mehr xəbər agentliyinin Suriyanın rəsmi xəbər agentliyinə (SANA) istinadən verdiyi məlumata görə, Suriya Prezidentinin ofisi bəyanat yayaraq elan edib: Suriya Prezidenti Bəşər Əsəd Ərəb Liqasının 32-ci sammitində iştirak etmək üçün bu gün cümə axşamı Dəməşqdən Ciddəyə – Səudiyyə Ərəbistanına gedəcək.

Ərəb Liqasının sammiti sabah, cümə günü, mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək və Suriyadakı müharibədən sonra son 12 ildə ilk dəfə olaraq Suriya Prezidenti orada iştirak edəcək.

Ərəb Liqasının üzvləri bu yaxınlarda Qahirədə keçirdikləri toplantıda Suriyanın Ərəb Liqasına üzvlüyünün dayandırılmasını ləğv etmək barədə razılığa gəliblər və Səudiyyə Ərəbistanının kralına məktub göndərdikdən sonra o, Bəşər Əsədi rəsmi şəkildə Ərəb Liqası dövlət başçılarının görüşünə dəvət edib..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =