Bəşər Əsəd: Düşmənlər şəhid Süleymaninin onların planlarına təhlükə yaratdığını anladılar

Bəşər Əsəd: Düşmənlər şəhid Süleymaninin onların planlarına təhlükə yaratdığını anladılar

Suriya Prezidenti deyib ki, hər missiya zamanı şəhid Qasım Süleymani ABŞ-ın təfriqə və fitnəçilik strategiyasının əsaslarını məhv etməyə çalışıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Hacı Qasım Süleymaninin şəhadətinin ildönümündə Suriya Prezidenti Bəşər Əsəd mesaj verərək  bu şəhidin vətən və insanlıq üçün fədakarlıq toxumu səpdiyini vurğulayıb.

Şəhid Süleymaninin Vaşinqton və onun bölgədəki müttəfiqlərinin maraqlarına təhlükə olduğunu qeyd edən  Bəşər Əsəd deyib:“Şəhid Süleymani söylədiklərinə əməl edən bir şəxs idi.”

Bəşər Əsəd düşmənlərin şəhid Süleymaninin onların cinayət planları müqabilində  təhlükə olmasından xəbərdar olduğunu bildirərək deyib:

“Şəhid Süleymani və Əbu Mehdi əl-Mühəndis düşmənlərlə mübarizədə təməl daşı idi. Biz Süleymaninin üslubuna sadiq qalmalı və Suriya ilə İran arasında əməkdaşlığı artırmaq üçün çalışmalıyıq.”

Həmçinin, İran İslam Respublikasının Dəməşqdəki səfiri Mehdi Sübhani Şəhid Süleymaninin ikinci ildönümü münasibətilə keçirilən anım mərasimində deyib: Şəhid Süleymani şəxsiyyətdən məktəbə çevrilib.

Sübhani vurğulayıb: “Şəhid Süleymani əxlaqı, əqidəsi, dühası və mahiyyətinin cilalanması ilə İran və region üçün qürur mənbəyi ola bildi… İyirmi illik fədakarlıq və şəhadətdən sonra Amerikanın dünyadakı hegemonluğunda əsər-əlamət qalmadı. ABŞ-ın Qərbi Asiyadakı planlarının çoxu iflasa uğradı. Şübhəsiz ki, ABŞ-ın planlarının iflasa uğramasının əsas səbəbi İrandır. Şəhid Süleymani güc balansının region xalqlarının xeyrinə dəyişməsində əsas rol oynayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =