Bəşər Əsəd: İsrail rejimi sülh və dialoq dilini anlamır

Bəşər Əsəd: İsrail rejimi sülh və dialoq dilini anlamır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriyadakı fələstinli qrupların nümayəndələri cümə axşamı Dəməşqdə prezident Bəşər Əsədlə görüşüblər.

Suriyanın rəsmi xəbər agentliyinin (SANA) verdiyi məlumata görə, toplantıda Fələstin ərazilərindəki son proseslər və İsrailin Fələstin xalqına, xüsusilə Qüdsə qarşı təcavüzü müzakirə edilib.

Bəşər Əsəd görüş zamanı sionist rejimin barışıq və dialoq dilini anlamadığını və onların bölgədəki mövcudluğunun terrorizmə və bölgə əhalisinin hüquqlarının pozulmasına söykəndiyini söyləyib. O, həmçinin bildirib ki, Fələstin məsələsində Suriyanın mövqeyi qətidir və bu, Suriya hökumətinin əsas prinsiplərindən biridir.

Suriya prezidenti həmçinin ölkəsinin Fələstin xalqının mübarizəsini, özlərini qorumaq və öz hüquqlarını müdafiə etmək üçün göstərdikləri müqaviməti dəstəkləməyə davam etdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 15 =