Bəşər Əsəd və həyat yoldaşı karantindən sonra gündəlik fəaliyyətlərinə qayıdıblar

Bəşər Əsəd və həyat yoldaşı karantindən sonra gündəlik fəaliyyətlərinə qayıdıblar

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya prezident aparatı çərşənbə axşamı Bəşər Əsəd və Əsma Əsədin adi iş rejiminə qayıtdıqlarını açıqlayıb.

Bu açıqlamada, Suriya prezidenti və həyat yoldaşının, koronavirusa yoluxduqlarına görə tətbiq edilən karantin şəraitinin bitməsi və xəstəliyin bütün fəsadlarının sona çatması səbəbiylə gündəlik fəaliyyətlərinə qayıtdıqları bildirilib.

2 Mart 2021-ci il tarixində Suriya Respublikası prezidentinin ofisi Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsədin koronavirusa yoluxduğunu elan etmişdi. Doqquz gün sonra isə Suriya rəsmiləri onların hər ikisinin sağalmağa doğru olduqlarını qeyd ediblər.

İndiyədək Suriyada 18.638 nəfər Covid-19-a yoluxub, onlardan 12.492 nəfəri sağalmış və 1.247 nəfəri isə həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − ten =