Bəşər Əsədin terrorçu müxalifləri öz rəislərini küçədə döydü – Video

Bəşər Əsədin terrorçu müxalifləri öz rəislərini küçədə döydü – Video

 “Suriya müxalifət koalisiyası” kimi tanınan qruplaşmanın rəhbəri Əzar şəhərində naməlum şəxslər tərəfindən döyülüb.

 “Suriya müxalifəti koalisiyası” kimi tanınan qruplaşmanın rəhbəri “Salem Əl-Musəllət” cümə günü (dünən) Türkiyə ilə müttəfiq ünsürlərin nəzarəti altında olan Hələb əyalətinin “Əzar” şəhərində döyülüb.

Russia Today saytının məlumatına görə, o, Türkiyə-Suriya münasibətlərinin yaxşılaşmasına qarşı etiraz aksiyasında iştirak edərkən hücuma məruz qalıb və hücum edənlər Suriya ənənəsinə görə “hökumətin muzduru” mənasını verən “Şubeyhə” deyərək onu. uzaqlaşdırıblar.

Etirazçılar həmçinin, Türkiyə əleyhinə şüarlar səsləndirib və Ankaranı müxalifətə və onlara bağlı silahlı qruplara xəyanətdə ittiham ediblər.

Türkiyənin son aylarda Suriya ilə münasibətləri yaxşılaşdırmaq qərarı Suriya terror qrupları və ünsürlərini qəzəbləndirib və onlar zaman-zaman nümayişlər təşkil edirlər.

Həm də bu vəziyyət onların bir-birlərinə inamsızlıqlarına səbəb olub.

 “Milli Koalisiya” kimi tanınan Suriya müxalifət koalisiyası da bəyanat yayaraq, Salim Əl-Müsəllətin  mühafizəçi olmadan izdihama qatıldığını bildirib.

Bu qrup Əl-Müsəllətə hücum edənlərin onlar arasında sızan, sayı barmaqla göstəriləcək qədər az və şübhəli layihələri planlaşdıran gənclər olduğunu iddia edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =