Bəşər Əsədin Dəməşqi tərk etmə vəziyyəti ilə bağlı ona aid edilən bəyanat yayılıb

Bəşər Əsədin Dəməşqi tərk etmə vəziyyəti ilə bağlı ona aid edilən bəyanat yayılıb

Rusiya və Ərəb mediaları Suriya Prezidentliyinin Teleqram kanalına istinadən bu ölkənin keçmiş Prezidenti Bəşər Əsədin Dəməşqi tərk etməsinə səbəb olan vəziyyətlə bağlı ona aid edilən bəyanatı yayıblar.

Doğru olub-olmaması hələ məlum olmayan Bəşər Əsədə aid edilən bəyanatda bildirilir: “Planlaşdırılmış şəkildə Dəməşqi tərk etmədim, əksinə dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldım.”

Bəşər Əsədə aid edilən bəyanatda deyilir: “Suriyada terrorun yayılması və onun dekabrın 7-si şənbə günü axşam saatlarında Dəməşqə çatması ilə beynəlxalq terrorizmə dəstək sayılan səs-küy, xaos və reallıqdan uzaq rəvayətlər arasında Prezidentin taleyi və onun harada olması ilə bağlı suallar yaranıb.”

Bəyanatda əlavə olunub: “Əvvəlcə onu deyim ki, mən yayılan şayiələrdə deyildiyi kimi ölkəni qabaqcadan planlaşdırılmış halda tərk etməmişəm, necə ki, münaqişənin son saatlarında da ölkəni tərk etməmişəm; mən ölkəni tərk etmədim, Dəməşqdə qaldım və 2024-cü il dekabrın 8-i bazar günü səhərə qədər öz vəzifələrimi yerinə yetirdim.”

Rusiyanın “Rusiya əl-Yəvm” (Russia Today-ın ərəbcə versiyası), Rusiyanın “Sputnik” xəbər agentliyi və “Əl-Məyadin” kanalının da dərc etdiyi bu bəyanatda qeyd olunub: “Dəməşq daxilində terrorun yayılması ilə döyüş əməliyyatlarını izləmək  üçün rus dostlarımızın koordinasiyası ilə Laziqiyyəyə getdik. Dekabrın 8-də səhər saatlarında Hmeymim bazasına daxil olduqdan sonra məlum oldu ki, qüvvələr (Suriya ordusu) bütün döyüş xəttlərindən geri çəkilib və ordunun son bazaları da süqut edib.”

Cəbhədəki vəziyyət pisləşdikcə, Moskva Rusiya hərbi bazasından dərhal təxliyə və Rusiyaya köçürülməsini tələb etdi. Təxliyyə əməliyyatı (Suriyadan çıxış) dekabrın 8-nə keçən gecə, Dəməşqin süqutundan bir gün sonra baş tutdu” – deyə, bəyanatda vurğulanır.

Bəyanatda həmçinin deyilir: “Bu hadisələr zamanı mənim və ya hər hansı tərəfin sığınacaq və ya istefası məsələsi gündəmə gətirilməyib və yeganə seçim döyüşü davam etdirmək idi. Müharibənin ilk günündən ölkənin qurtuluşunu öz qurtuluşu ilə dəyişməkdən imtina edən, ordu ilə atəşin və döyüşün ön cəbhəsində dayanan bir kəs, qeyri-suriyalılar, Fələstin və Livan müqavimətindən əl çəkməyən, müttəfiqlərinə xəyanət etməyən bir kəs öz xalqını tərk edən adam ola bilməz.”

Əsəd bu bəyanatın sonunda əlavə edib: “Hökumətin terrorizmin əli ilə süqut etməsindən sonra; artıq nə isə etmək mümkün olmadıqda, vəzifənin də əli boşalır, daha həmin vəzifədə məsul şəxs olaraq qalmağın mənası yox idi. Təbii ki, bu, Suriyaya və onun xalqına əsl milli bağlılıqdan əl çəkmək demək deyil, bu sabit mənsubiyyətdir ki, mövqe və vəziyyət onu dəyişmir; Suriyanın azadlığa və müstəqilliyə qayıtması ümidi ilə birgə olan bağlılıqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − six =