Bəsrədə baş verən partlayışa görə bəyanat verildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ən-Nücəbə İslami Müqavimət Hərəkatının siyasi şurasının rəhbəri Bəsrədəki terror aktına reaksiya verərək deyib: Bu hadisə təhlükəsizlik qüvvələrinin düçar olduğu kəşfiyyat boşluqlarının mövcudluğuna dəlalət edir.”
Şeyx Əli əl-Əsədi Twitter hesabında yazıb: “Əvvəllər dediyimiz kimi, beynəlxalq və regional kəşfiyyat xidmətlərinin İraqda terrorizmi aktivləşdirməyə çalışdığını bir daha vurğulayırıq.”
O, əlavə edib ki, Amerika işğalçılarının İraqdan çıxarılması ərəfəsində həmişə belə şeylər olur.
Ən-Nücəbə siyasi şurasının rəhbəri qeyd edib ki, amerikalılar İraqda qalmaq üçün İŞİD-ə qarşı mübarizəni bəhanə kimi istifadə edirlər. İŞİD amerikalıların gözü qarşısında at oynadır. Bu yalanı ancaq səfirliyin muzdluları həqiqəti gizlətmək üçün deyirlər.
Əl-Əsədi sonda Uca Allahdan şəhidlər üçün ilahi rəhmət, ailələri və yaxınlarına isə səbr və əcr diləyib.