Bəşşar Əsəd Ərəb Dövlətləri Liqasının sammitinə dəvət edilib
Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Ərəb Dövlətləri Liqasının sammitinə rəsmi qaydada dəvət alıb.
“Report” TASSa istinadən xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasından bildirilib.
Liqanın zirvə toplantısı mayın 19-da Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.
Qeyd edək ki, Suriya 2011-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasından çıxarılmışdı. Təşkilata üzv dövlətlərin xarici işlər nazirləri 2023-cü il mayın 7-də Suriyanın quruma üzvlüyünün bərpası haqqında qərar qəbul edib.
Report.az