Bəzi Avropa ölkələri Suriyada yenidən səfirliklərini açırlar

Bir çox Avropa ölkələrinin Suriyada yenidən diplomatik nümayəndəliklər açacaqları iddia olunub.
Bu barədə adı açıqlanmayan Suriya Xarici İşlər Nazirliyi əməkdaşı məlumat verib.
O vurğulayıb ki, Macarıstan, Yunanıstan və Serbiya yaxın vaxtlarda Suriyaya yeni səfirlərini göndərəcəklər.
Bundan əlavə, Suriyanın İtaliyadakı səfirinin də artıq akreditasiyasının reallaşdığı diqqətə çatdırılır.
Salamnews