Bəzi ölkələrin sionitlərlə münasibətləri normallaşdırmasına baxmayaraq, xalqlar normallaşmanın əleyhinədir

Bəzi ölkələrin sionitlərlə münasibətləri normallaşdırmasına baxmayaraq, xalqlar normallaşmanın əleyhinədir

İnqilab Rəhbərinin internet saytında 2022-ci il dünya çempionatı yarışlarında anti-sionist dalğası və bəzi ölkələrin İsrail rejimi ilə normallaşmasına baxmayaraq, xalqların Fələstinə dəstək verməsi barədə afişa dərc edilib.

Dünyanın ən populyar idman növü dünyanın müxtəlif regionlarında siyasi, sosial və mədəni inkişaf tarixində həmişə mühüm rol oynamışdır. Lakin Yaxın Şərq regionu və xüsusilə Fars körfəzi ölkələri üçün hekayə bir qədər fərqlidir.

Futbol üzrə Dünya Kubokunun Qətərdə keçirilməsi milli kimliyi və ərəb millətçiliyini gücləndirmək üçün böyük bir mədəni güc təmin etdi və ərəb ölkələrinin, xüsusən də Səudiyyə Ərəbistanı və Qətərin gizli rəqabətlərini və daxili çəkişmələrini bir müddət kənara qoymasına səbəb oldu.

Bu arada bir çox ərəb hökmdarları və sionist lobbiləri bu qlobal hadisədən ərəb və Tel-Əviv münasibətlərinin normallaşmasını sürətləndirmək üçün bir vasitə kimi istifadə etməyə ümid edirdilər.

Amma ərəb millətçiliyinin yüksəlişi və bir çox insanların Fələstinlə həmrəylik elanı ərəb xalqları və onların hökmdarları arasında dərin və tarixi uçurumu təsdiq etməklə yanaşı, ərəblərlə sionist rejim arasında sülhün istiləşməsinin qarşısını aldı.

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı Fələstinin azadlıq idealını dünyanın diqqət mərkəzində saxlamaqla ərəb dünyasının hökmdarları və Böyük Yaxın Şərq üzrə plan cızanların Tel-Əvivlə münasibətləri normallaşdırmaq üçün əsas problemlə üzləşməsinə səbəb oldu.

İnqilab Rəhbərinin internet saytı 19.12.2022-ci il tarixində 2022-ci il Dünya Çempionatının anti-sionist dalğası və xalqın Fələstinə dəstəyi ilə bağlı fikirlərini tvitində dərc edib. İnqilab Rəhbəri buyurur:

“Bəzi hökumətlərin sionist rejimin tərəfdarı olmasına baxmayaraq, xalqlar bu qəsbkar rejimlə dərindən müxalifdirlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 19 =