Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır – VİDEO

Bəzi qidalar beyin hüceyrələrini sıradan çıxarır – VİDEO

Mağazalarda satılan hazır və ya şəkərli qidalar, fəst fud məhsulları, duzlu, dəfələrlə istifadə edilmiş yağlarda bişən yeməklər beyin üçün olduqca mənfi təsirə malikdir.

Sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, tərkibində kimyəvi və zərərli maddələrin, dadverici qatqıların istifadə olunduğu bu qidalar beyin hüceyrələrini yavaş-yavaş sıradan çıxarır.

Mütəxəssis deyir ki, qidaların hazırlanma üsulları da önəmlidir. Belə ki, isidilərkən tərkibi dəyişən məhsullar yeməyə sonda əlavə edilməlidir. Onun sözlərinə görə, istifadə müddəti çox olan qidalar beyin hüceyrələrinə daha çox zərər verə bilər.

Həkim Nevroloq Yeganə Rəşidova isə “Xəbər Ertəsi”nə deyir ki, belə qidaların qəbulu həm uşaqlarda, həm böyüklərdə sinir hüceyrələrini yaralayır, beyin funksyalarında dəyişiklik yaradır.

Həkimin sözlərinə görə, bu cür qidalardan uzun müddət istifadə yaddaş zəifliyinə, yuxusuzluğa, nevroloji problemlərə, altsheymer və beyin xərçəngi kimi xəstəliklərə də səbəb ola bilər.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × two =