Babək prospektində ağır qəza: Ölən var

Babək prospektində ağır qəza: Ölən var

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Amil İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək prospektində hərəkətdə olarkən piyadanı vurub. Ağır xəsarət alan orta yaşlı kişi hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra ölən şəxsin Həsənov Nizami Bəşir oğlu olması məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + sixteen =