Babul Məndəb boğazında İsveçrə gəmisinə raket hücumu

Babul Məndəb boğazında İsveçrə gəmisinə raket hücumu

Britaniya Dəniz Təhlükəsizliyi şirkəti “Embry” Libberiya bayrağı altında  İsveçrəyə məxsus gəminin Yəmən suları yaxınlığında raket hücumuna məruz qaldığını elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu 15 dekabrda Qırmızı Dənizdə baş verən 3-cü hücumdur.

Embry şirkətinin məlumatına görə bu insident Əl Mokha limanından 55 km cənub-qərb sularında baş verib.

Embry bəyanat yayaraq elan edib: Qırmızı dənizdə olan digər gəmilərə təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə edildi.

Bu bəyanatdan bir neçə dəqiqə sonra İsveçrə gəmisinin hədəfə alınması barədə məlumat verilib.

Embry daha sonra elan edib: Gəmi şimala dögqu hərək halında 30 dəqiqədən sonra cənuba, Babul Məndəbə qayıtmaq üçün 180 dərəcə istiqamətini dəyişdi.

ABŞ hərbi rəsmisinin sözlərinə görə Yəmən silahlı qüvvələri ərazisindən atılan ballistik raket Babul Məndəbdə olan bu gəmiyə düşüb.

Əl Cəzirə yazır: Bu gəmiyə düşən raket yanğına səbəb olub və ekipaj yanğını ssöndürməyə cəhd edib. ABŞ-ın Mason adlı esminesi gəmiyə yardıma gedib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 12 =