Bağdad ətrafında iki ABŞ hərbi konvoyuna hücum edildi
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Bağdad ətrafındakı Lətifiyyə və Əbu Ğurəybdə Amerika işğalçılarının konvoyuna iki dəfə hücum edildi.
Əl-Məsirəyə istinadən verilən məlumata görə, Bağdad ətrafındakı Lətifiyyə və Əbu Ğurəybdəki Amerika işğalçılarının konvoyu iki dəfə silahlı hücumlara məruz qalıb. Bir təhlükəsizlik mənbəyi dünən gecə Babildə Amerika ilə müqaviləsi olan bir şirkətə məxsus konvoyun da hədəf alındığını açıqladı. Mənbə bildirib: Babil əyalətindəki Əl-Müsəyyib bölgəsinin magistral yolunda bu konvoyun hərəkət istiqamətində bomba partlayıb.