Bağdad hava limanı yaxınlığındakı ABŞ bazasında partlayış

Bağdad hava limanı yaxınlığındakı ABŞ bazasında partlayış

 İraq KİV-ləri Bağdad hava limanı ətrafında yerləşən Amerika bazasına məxsus binanın yaxınlığında partlayış səsinin eşidildiyindən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına görə, bu gün (11 sentyabr) İraq mənbələri Bağdad hava limanı ətrafında yerləşən Amerika hərbi bazasında yerləşən “Dublin” hərbi təlim mərkəzində partlayış səsinin eşidildiyindən xəbər verirlər.

Bəzi mənbələr İraqın terrorla mübarizə bölməsinin qərargahına və Bağdad hava limanı yaxınlığındakı Amerika səfirliyinə məxsus binaya hücum edildiyini də yazrlar.

 Əl Cəzirə telekanalının İraq təhlükəsizlik mənbəsinə istinadən verdiyi məlumata görə, Bağdad hava limanı ətrafında yerləşən ABŞ-a məxsus binanın yaxınlığında naməlum pilotsuz təyyarə partlayıb.

Bu arada Bağdad Əl-Youm internet saytı da İraq təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, biri Amerika səfirliyinin logistik dəstək binasında, digəri isə İraqın Terrorla Mübarizə Bölməsinin qərargahında olan iki naməlum obyekt yerə düşüb. O, həmçinin bildirib ki, ilkin məlumatlara görə, bu hadisədə itki yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − sixteen =