Bağdadda ABŞ-ın logistika karvanı hədəfə alınıb

Bağdadda ABŞ-ın logistika karvanı hədəfə alınıb

İraq media mənbələri Bağdadın məntəqələrinin birində Amerikanın logistika karvanına hücum edildiyini bildirib.

İraq media mənbələri Bağdadda Amerika anti-İŞİD koalisiyasının logistika karvanının hədəf alındığını bildirib.

Əl-Məlumə saytı yazıb ki, bu səhər (26 yanvar, cümə axşamı) Amerika koalisiyasının logistika karvanı Bağdadın “Əl Yusifiyyə” bölgəsində yol kənarına yerləşdirilən bombanın hədəfi olub.

ABŞ ordusunun bu logistika karvanına dəyən zərərin miqdarı və ya mümkün itkilər barədə ətraflı məlumat açıqlanmayıb.

Ötən cümə axşamı da ABŞ ordusuna məxsus logistika karvanı Bağdadın Əl-Yusifiyyə şossesi ilə hərəkət edərkən partlayış baş verib.

İki həftə əvvəl Amerika koalisiyasına məxsus logistika və hərbi texnika daşıyan bir neçə yük maşını Əl-Taci bölgəsindən Bağdada gedən yolda yol kənarına quraşdırılmış bombanın hədəfi olub.

İraq parlamentinin xarici əsgərlərin ölkədən çıxarılması ilə bağlı qanunu təsdiqindən və Bağdadın bu məsələdə gecikməsindən sonra Amerika koalisiyasının logistik konvoyları həftəlik, bəzən isə gün ərzində bir neçə dəfə yol kənarına quraşdırılan bombalarla hədəfə alınır.

Amerika karvanları ya cənubdan Küveyt sərhədini, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni “Əl-Vəlid” keçidini keçərək İraqa daxil olur və İraqda yerləşən Amerika əsgərlərinin ehtiyac duyduğu ləvazimatları daşıyır.

Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq üçün Amerika koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən yardım alır.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkə parlamentinin xarici qüvvələrin ölkədən çıxarılması qanununun təsdiqinin ardınca xarici qüvvələri İraqdan çıxarmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 6 =