Bağdadda milyonlarla insan mitinqə toplaşıb: İraq siyasi xadimləri Hacı Qasimin şəhadətinin ikinci ildönümündə çıxışlar edib-Foto/Video

Bağdadda milyonlarla insan mitinqə toplaşıb: İraq siyasi xadimləri Hacı Qasimin şəhadətinin ikinci ildönümündə çıxışlar edib-Foto/Video

İraq rəsmiləri və siyasi xadimləri və müqavimət hərəkatı bu gün Bağdadda müqavimət şəhidlərinin ikinci ildönümü münasibətilə müxtəlif vilayətlərdən çoxlu sayda insanın iştirakı ilə keçirilən “Milyonların cavabı” adlı mitinqdə işğala son qoyulmasının vacibliyini vurğulayıblar.

Bu gün (1 yanvar şənbə günü) İraqın paytaxtı İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı General Qasım Süleymani və Həşdi Şəbi Baş Qərargah rəisinin müavini Əbu Mehdi əl-Mühəndisin və digər şəhid yoldaşlarının şəhadətinin ikinci ildönümünü qeyd etmək üçün milyonlarla iraqlının toplaşdığına şahidlik edib.

Komandirlər ABŞ-ın o zamankı Prezidenti Donald Trampın birbaşa göstərişi ilə 2020-ci il yanvarın 3-də səhər saatlarında Bağdad hava limanına gedən yolda sui-qəsdə uğrayıblar.

“Milyonların cavabı” adlanan mitinqdə Həşdi Şəbi təşkilatının rəhbəri Faleh əl-Fəyyaz anti-Amerika və sionist şüarlar altında çıxış edib və mitinqdə çoxlu sayda siyasi və müqavimət rəsmiləri o cümldən, Fəth koalisiyasının rəhbəri Hadi əl-Amiri, İraq Nucəba Hərəkatının baş katibi Əkrəm əl-Kəbi, Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar əl-Həkim və Qasim əl-Mosleh, Ənbar vilayətindəki əməliyyat komandiri Qasim əl-Muslih  İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraci İraq Sünni alimlər cəmiyyətinin rəhbəri Xalid əl-Məla, -Həşdi Şəbinin  Babiliyyun briqadasının komandiri Rayan əl-Kildani və Asaibu Əhlil-Həqq-in baş katibi Qeys əl-Xəzəli də iştirak edib.

İraq mediası şanlı mərasimi işıqlandıraraq, mərasim zamanı Bağdad səmasının ABŞ-ın casus dronları tərəfindən yaxından izləndiyini elan edib. Əldə edilən görüntülərə görə, mitinq yerinin üzərində amerikalı qırıcılar da uçurmuş.

Faleh əl-Fəyyaz İraq hökumətinə amerikalı terrorçuları ölkədən çıxarmaq barədə xəbərdarlıq edib.

İraqın Həşdi Şəbi Təşkilatının rəhbəri çıxışının əvvəlində bildirib: Bu gün zəfər şəhidlərinə sədaqət günüdür. Biz zəfər və şəhidlik yolunu davam etdirmək üçün İŞİD üzərində zəfər çalan şəhid komandirlərlə əhd bağlayırıq. İŞİD üzərində qələbə komandirlərinin öldürülməsi İraqın suverenliyinə qarşı cinayət idi.

İraqın rəsmi xəbər agentliyinin məlumatına görə, Əl-Fəyyaz vurğulayıb: İraqdakı şiələrin ali mərcəyi-təqlidi Ayətullah Sistani ölkəni təhlükələrdən qorudu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 10 =