Bağdadda partlayış nəticəsində iki uşaq həlak olub
İraq mediası Bağdadın Əl-Mahmudiyyə bölgəsində naməlum obyektin partlaması nəticəsində iki uşağın öldüyünü, bir uşağın isə yaralandığını bildirib.
Dəclə Xəbər kanalının məlumatına görə, təhlükəsizlik rəsmisi Bağdadın cənubundakı Əl-Mahmudiyyə bölgəsində naməlum obyektin partlaması nəticəsində iki uşağın öldüyünü, bir uşağın isə yaralandığını qeyd edib.
Onun sözlərinə görə, pardlayıcı əşya Əl-Mahmudiyyə hərbi bölgəsinin əhatəsindəki zibillikdə olan plastik torbanın içərisində olub.
Uşaqlar zibil yığarkən və manipulyasiya edərkən naməlum obyektin partlaması baş verib.
Əl-Mahmudiyyə şəhəri İraq paytaxtının cənubunda, Bağdadın ən yoxsul bölgələrindən biridir.