Bağdadın mərkəzində silsilə partlayışlarda ölənlərin sayı 28-ə çatıb (VİDEO)
Bağdadın “Bab-Şərqi” bazarı ətrafında törədilən terror aktlarında ölənlərin sayı 28-ə çatıb.
SalamNews əl-Aləmə istinadla xəbər verir ki, bu barədə Bağdadda səhiyyə mənbələri məlumat veriblər.
Bildirilib ki, bu gün səhər Bağdadın “Bab-Şərqi” bazarı və “ət-Təyəran” meydanında kamikadzelər tərəfindən törədilən partlayışlarda ümumilikdə 28 nəfər həlak olub.
Bu silsilə partlayışlarda 73 nəfərin müxtəlif dərəcələrdə yaralandığı deyilir.
Ölən və yaralananların böyük əksəriyyəti mülki vətəndaşlardır.