Bakı Ali Dini Liderin bəyanatlarını yüksək qiymətləndirir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir açıqlamasında bildirdi: “İran İslam Respublikası Ali Rəhbərinin Ermənistan ilə Azərbaycan arasındakı münaqişə və Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəklə bağlı açıqlamalarını yüksək qiymətləndiririk.”
Çərşənbə axşamı Ali Rəhbərin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikasının bütün ərazilərinin azad edilməsinə dair bəyanatını alqışlayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bildirdi:
“İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyyid Əli Xameneinin Ermənistan ilə Azərbaycan arasındakı münaqişə və Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı açıqlamalarına görə dərin minnətdarlığımızı bildiririk.”
Beynəlxalq hüquqa əsaslanan Azərbaycanın haqlı mövqeyini qətiyyətlə dəstəklədiyini təkrarlayan İran İslam Respublikasının Ali Rəhbəri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin hamısının azad edilməli və bu ərazilərin hamısının Azərbaycana qaytarılmalı olduğunu söylədi.
Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin İran İslam Respublikası Prezidentinin bölgəyə xüsusi nümayəndəsi kimi səfəri və bu münaqişənin ən qısa müddətdə həll olunması təşəbbüsü daxil olmaqla, İran hökumətinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirilir.
Xarici İşlər Nazirliyi bildirib: “Ölkələrimiz arasında tarixi köklərə söykənən münasibətlərin uğurla inkişaf edəcəyinə inanırıq və bu münasibətlər bölgədə sülhün, sabitliyin və firavanlığın təmin olunmasına xidmət edəcəkdir.”