Bakı Dərin Özüllər Zavodunda qəza – Anbaan Video
Dünən Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun dəniz sahəsində STB-1 barjasında Dayaq Blokunun yerdəyişməsi zamanı yedək gəmilərdən buraz qopub və nəticədə barja yanalma körpüsünə toxunub.
APA TV Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “BOSH Shelf” məlumat yayıb.
Bildirilib ki, əməliyyat dərhal dayandırılaraq, dayaq bloku limana bərkidilib və digər zəruri tədbirlər həyata keçirilib:
“Baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Dayaq blokunun yerdəyişmə işləri bərpa olunaraq bu gün ərzində adi qaydada icra olunur”, – deyə məlumatda qeyd olunub.
Apa.az